Topçubaşovun cənazəsi "Zəfər Tağı"ndan keçirilərək dəfn edilən yeganə azərbaycanlıdır
16-10-2025, 15:04
1934-cü il noyabr ayının 5-də Əlimərdan bəy keçirdiyi ağır iflic nəticəsində həyatla vidalaşmalı oldu. Topçubaşovun cənazəsi minlərlə insanın müşayiəti ilə Parisin məşhur "Zəfər Tağı" qapısından keçirildi. Fransada "Zəfər Tağı"ndan yalnız dünyamiqyaslı siyasi, ictimai xadimlər son mənzilə yola salınırdılar. Bu baxımdan, Topçubaşovun cənazəsi "Zəfər Tağı"ndan keçirilərək dəfn edilən yeganə azərbaycanlıdır. Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində Məmməd Əmin Rəsulzadə də iştirak etmişdi. Həqiqət İbrahimova TEREF