Ramiz Mehdiyev Allahına dua etsin ki, bütün xəyanətlərinə baxmayaraq, 9-cu əsrin sonlarında Roma papası olmuş Formosusun taleyini yaşamayacaq.

15-10-2025, 12:18           
Ramiz Mehdiyev Allahına dua etsin ki, bütün xəyanətlərinə baxmayaraq, 9-cu əsrin sonlarında Roma papası olmuş Formosusun taleyini yaşamayacaq.
Xristian salnaməçilərinin iddiasına görə, cəmi 5 il papalıq etmiş Formosus 896-cı ildə ölüb dəfn olunandan 7 ay sonra cəsədi qəbrindən çıxarılıb müttəhimlər kürsüsündə oturdulmuş və hakimiyyəti illərində yol verdiyi bütün cinayətlər cəsədinin üzünə oxunmuşdur. Daha sonra məhkəməyə sədrlik edən Roma yepiskopu VI Stephanus tərəfindən cəzası elan olunmuşdu: Dini ayınlərin icrasında istifadə etdiyi 3 barmağı kəsilsin və cəsədi ən murdar heyvanların leşi kimi Romadan keçən Tiber çayına atılsın.

VI Stephanusun çıxardığı bu məhkəmə hökmü hərfbəhərf icra olunmuşdur.
Müqayisə edəndə Ramiz Mehdiyevin suçu Papa Formosusun suçundan heç də geri qalmır. Papa Formosus da Ramiz Mehdiyev kimi dövlət hakimiyyətini ələ keçirməkdə və kilsə qanunlarını pozmaqda ittiham olunurdu. Üstəlik, Ramiz Mehdiyevin günahları arasında bir də Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi – dövlətə xəyanət; 193-cü maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma) kimi cinayətlər də var. Yəni Ramiz Mehdiyev Papa Formosusla müqayisədə daha ağır cinayətkar da ola bilər (Məhkəmə hökmü hələ verilmədiyindən biz də onun Təqsirsizlik prezumpsiyası hüququna hörmət edib qəti fikir bildirmək istəmirik).
Bununla belə, məhkəmə yaşını nəzərə alıb Ramiz Mehdiyevi zindana salmayıb, cəzasını evdə çəkməsinə qərar verib. Başqa sözlə, getsin qurban olsun dövlətimizin humanizminə. Amma könül istərdi ki, bu humanizm təkcə Ramiz Mehdiyev kimi vətən xainlərinə deyil, həm də müxaliflərə də şamil olunsun.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]