Dünya tarixinə baxdığımızda insanlıq tarixinin yalnızca Homo sapiens ilə məhdud olmadığını, əksinə, fərqli dövrlərdə bir yerdə yaşamış 9 fərqli insan növü olduğunu görürük.

8-12-2025, 15:04           
Dünya tarixinə baxdığımızda insanlıq tarixinin yalnızca Homo sapiens ilə məhdud olmadığını, əksinə, fərqli dövrlərdə bir yerdə yaşamış 9 fərqli insan növü olduğunu görürük.
Ancaq bu növlərdən sadəcə biri, yəni Homo sapiens həyatda qalmağı bacardı. Digər 8 növ isə müxtəlif səbəblərlə yox oldu. Bu durum həm insan təkamülünü anlamamız, həm də keçmişdəki kürəsəl, sosial ve bioloji dinamizmi analiz etməmiz üçün büyük önəm daşıyır.
1. Homo Sapiens: Günümüzə gəlib çatan tək növ
Homo sapiens, modern insan növü olaraq təxminən 300.000 il öncə Afrikada ortaya çıxdı. Dil, sənət, texnologiya və sosiallaşma bacarıqları sayəsində ətrafa sürətlə uyğunlaşdı. Bu özəlliklər növümüzün yalnız həyatda qalmasına deyil, eynı zamanda digər insan növləriylə rəqabət etməsinə və onları geridə qoymasına səbəb oldu. Günümüzdə dünyada varlığını sürdürən tək insan növü olan Homo sapiens planetin her yerinə yayılmışdır.
2. Homo Neanderthalensis (Neandertallar)
Neandertallar təxminən 400.000 il öncə Avropa və Asiyada ortaya çıxdı. Günümüzdəki insanlara bənzəyən, ancaq daha qısa və güclü bədənə sahib olan bu növ soyuq iqlim şəraitinə uyğunlaşmışdı. İnkişaf etmiş ov etmə bacarıqları və qarışıq alətləri vardı. Təxminən 40.000 il öncə yox olduqları düşünülür. Bunun səbəbləri arasında Homo sapiens ilə rəqabət, iqlim dəyişiklikləri və hibridləşmə göstərilir. Modern insanların genində Neandertal DNT-sinə rast gəlinməsi bu iki növün bir dönəm bir arada yaşadığını və cütləşdiyini göstərir.
3. Homo Erectus
Homo erectus insanlıq tarixinin ən uzun müddət həyatda qalan növlərindən biridir. Təxminən 1,9 milyon il öncə Afrikada ortaya çıxmış və Asiyaya qədər yayılmışdır. Odu idarə etmə, daş alətlər düzəltmə və uzun məsafələri piyada qət etmə bacarıqları olmuşdur. Ancaq 100.000 il öncə tamamən yox olduğu düşünülməkdədir.
4. Homo Denisova (Denisovanlar)
Denisovanlar təxminən 50.000 il öncə Asiyanın geniş bölgələrində yaşayan bir növdür. Bu növ haqqında məlumatımızın olmasına səbəb, 2008-ci ildə Sibirdəki Denisova mağarasında tapılmış bir neçə fosil və DNT analizləridir. Müasir insanlarla hibridləşdiyi bilinən Denisovanlar xüsusilə müasir Avstraliya xalqları və bəzi Asiya xalqlarının genetik mirasında iz buraxmışdır.
5. Homo Floresiensis (Hobbit İnsan)
İndoneziyanın Flores adasında yaşayan və “Hobbit” olaraq da bilinən Homo floresiensis, bir metr boya ve olduqca kiçik bir beyinə sahib idi. 50.000 il əvvəl yox olduğu düşünülən bu növ təcrid edilmiş ada həyatına uyğunlaşmışdı. Kiçik bədənlərinə rəğmən, alət düzəltmə və ov etmə bacarığına malik idilər.
6. Homo Habilis
Homo habilis təxminən 2,4 milyon il öncə Afrikada ortaya çıxmış və alətlərdən istifadə edə bilmək bacarığıyla tanınmışdır. Adı da “bacarıqlı insan” anlamına gəlir. Daha sonrakı növlər üçün önəmli bir pillə kimi qəbul edilir. Ancaq təxminən 1,4 milyon il öncə yox olmuşdur.
7. Homo Rudolfensis
Homo rudolfensis bəzən Homo habilis ilə qarışdırılsa da, fərqli bir növ olaraq qəbul edilir. Təxminən 2,5 milyon il öncə yaşamış və fosillər əsasında daha böyük kəllə sümüyü və çənə formasıyla seçilmişdir. Haqqında çox az məlumat olmasına baxmayaraq, insan təkamülünün erkən dönəmlərində önəmli bir rol oynadığı düşünülməkdədir.
8. Homo Heidelbergensis
Təxminən 600.000 il əvvəl ortaya çıxan Homo heidelbergensis həm Neandertalların, həm də müasir insanların ortaq atası hesab olunur. Bu növ ilk olaraq, böyük heyvanları ovlamaq üçün mizraq və nizələrdən istifadə edən və sığınacaqlar inşa edən insan növüdür. Təxminən 200.000 il öncə yox olmuşdur.
9. Homo Naledi
2013-cü ildə Cənubi Afrikada kəşf edilən Homo naledi 300.000 il əvvəl yaşamış olmasına baxmayaraq, beyin həcmləri kiçik olmuşdur. Beyinlərinin kiçikliyinə rəğmən, ölülərini basdırmaq kimi ritual davranışlar sərgilədikləri düşünülməkdədir.
Növlərin yox oluşu: səbəblər və nəticələr
Bu növlərin yox olmasının səbəbləri müxtəlifdir və hər biri fərqli kürəsəl və bioloji faktorlardan təsirlənmişdir. Ən çox düşünülən səbəblər bunlardır:
• İqlim dəyişiklikləri: Ani soyuma və ya isinmə dönəmləri növlərin adaptasiya olunmasını çətinləşdirmişdir.
• Rəqabət: Homo sapiens digər növlərə qarşı həm zəka, həm də sosial birləşmə cəhətdən üstünlük təşkil etmiş və onlar üzərində təzyiq yaratmışdır.
• Xəstəliklər: Növlər arası xəstəlik yoluxdurma bəzi qrupların məhvinə səbəb olmuş ola bilər.
• Hibridləşmə: Müasir insanlarla genetik birləşmə bəzı növlərin genetik olaraq əriməsinə səbəb olmuş ola bilər.
Nəticə: İnsanlığa mirası
Günümüzdə yalnız Homo sapiens həyatda qalmış olsa da, digər insan növlərinin genetik mirası hələ bizimlə yaşamağa davam edir. Neandertallar və Denisovanlar kimi növlərlə olan cütləşmə modern insanın genetikasında bu növlərə aid izlər buraxmışdır. İnsanlıq tarixindəki bu məhv olan növlər bizim kim olduğumuzu və keçmişdə necə həyatda qaldığımızı anlamamız üçün önəmli bir açardır.
Bu növlərin yox oluşu təbiətin çətin şərtlərinə adaptasiya bacarığımızın önəmini gözlər önünə sərməkdədir. Bəlkə də, keçmişdəki bu hekayələr modern dünyada ətraf aləm, iqlim dəyişikliyi ve sosial həmrəylik kimi mövzularda bizə dərslər verməyə davam edir.
Vüsal Əliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru