"Neynəyim eee qazidir. Bezdirmisiniz siz də hamını"

13-12-2025, 09:32           
"Neynəyim eee qazidir. Bezdirmisiniz siz də hamını"
"Neynəyim eee qazidir"
44 günlük Vətən Savaşının bir qəhrəman döyüşçüsü ilə birlikdə yaşadıqlarımı yazım oxuyun.
Ən sonda mənə dediyi sözü elə əvvəldə yazıram: "Razi mən 44 gün odun-alovun içində heç belə ağrımadım".
Bir neçə gündür birlikdə Vətən Savaşından sonra 6 dəfə əməliyyat olunan döyüşçü dostumla Əhmədliyə gedirik. O qatara "20 Yanvar" metrosundan minir, mən "Avtovağzal"dan. Ciddi ağrıları var. Bədənində saysız hesabsız xırda qəlpələr var ki, çıxarmaq mümkün deyil. Havalar soyuyanda daha çox ağrıları olur.
İndi 10 günlük fizioterapiyaya gedir. Uzun müddət ayaqüstə dayana bilmir. Çox piyada gəzə bilmir. Dünən yenə metroda birlikdə gedirdik. Birtəhər yer tapıb oturmuşdu.
Amma... utanırdı. Adamlar ona elə kinayəli, elə qəzəbli baxırdı ki...
Qazi qardaşım deyir elə bilirəm ki, ağır cinayət törətmiş caniyəm.
Bir neçə stansiya gedəndən sonra nəhayət olan oldu. Ayaqüstə yaşlı qadın, hamilə qadın yox idi. Amma orta yaşlarda və gənc qızlar var idi. Özünə rahat yer eləyib oturan bir xanım qəflətən "eşşək boyda oğlansan, dur xanımlar otursun daa" deyə bağırdı.
O qədər ağır psixoloji an idi ki, o anda insan nə deyəcəyini bilmir. Qardaşımız susub dayandı. Amma əllərini elə bərk sıxmışdı, az qala barmaqları qırılacaqdi. Səssizcə ağır ağır qalxdı ayağa. Bir kənara çəkib qucaqladım onu və özümdən asılı olmadan gözlərimdən yaş gəldi...
Adamlar bizi başa düşmürdü əlbəttə...
"Nərimanov" stansiyasına qədər birtəhər dayandıq. Və
Qazi qardaşım dərin bir ah çəkib yıxıldı...
Onu birtəhər qaldırdıq və "Eşşək boyda oğlansan" deyən xanım da bunu görürdü. Bir xanım ayağa qalxdı yer verdi. Mən o anda ucadan "Qazidir, sümükləri çürüyür, bədəni qəlpəylə doludur. Ayaq üstə çox dayana bilmir" dedim. O xanım da eşitdi.
Və ən dəhşətlisi onun cavabı idi - "Neynəyim eee qazidir. Bezdirmisiniz siz də hamını" deyə donquldandi.
O anda qazi qardaşım nə hisslər yaşadı onu bir Allah bilir...
Mən bu mənzərəni heç yaşamaz olaydım(((
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru