Yaşadığları ilə bizə nə yaşatmaq istəyir Paradjanov?

17-12-2025, 15:48           
Yaşadığları ilə bizə nə yaşatmaq istəyir Paradjanov?
"Aşıq Qərib" bildikmi heç?
Bilmədik.
Öncə Lermantov yazdı, Aşığı, poema etdi,
Zülfüqar Hacıbəyli, Üzeyir Hacıbəyli ilə Opera yazdı.
Sonra, sonrası dastan kimə aiddir, müzakirəsi başladı, gürcü, erməni, kabardin, anadolu Aşıq Qəribi çıxdı üzə,
Və 1988 ci ildə Serqey Paradjanov "Aşıq Qərib" filmini çəkdi.
Nə Lermantov, nə Zülfüqar, nə də Dastan kimə aiddir, dərdimdir.
Dərdim Paradjanovdur.
Filmə illər əvvəl baxmışdım, tələbəlik illərimdə bu film çəkilirdi, İçərişəhərdə, Şəki də. Filmin bəstəkarı, aktyorları,məkanları və Dili bizə aiddir, rusca isə üst səslənmədir.
Filmi istehsal edən Gürcüfilmdir.
Film bizdən, Aşıq Qəribdən, dildən, tarixdən nə istəyir?
Bu suala cavab vermədən əvvəl Paradjanov kimdir, sualına cavab verməliyəm.
Paradjanov Tiflis antikvariat tacirinin oğludur, Tiflis erməni məhləsinin uşağıdır,
Anası isə Tiflisin qadın alveri ilə məşğul olan ən varlı otel işlədənidir.
Sovetlər gələndən sonra bu ailə darmadağın bir həyat yaşayır, Paradjanovların süqutu başlayır.
Paradjanovun uşağlığı haqda bu qədər.
Paradjanov Moskvada regissorluğ oxuyur,
Nailə Kərimova ilə sevgi hekayəsi başlayır, evlənirlər, Moldovada yaşayan Nailənin müsəlman ailəsi bu evlilik xəbərini alandan sonra, qardaşları Moskvaya gəlir, Nailəni alib, evlərinə deyil, məzara qoyurlar.
Paradjanovun həyat hekayəsi burda bitir,
Kino hekayəsi başlayır.
Sovet həbsxanalarında, həyatda divanə bir Sarkisin film arzuları yenidənqurma ilə azadlığa çıxır.
"Suram qalasının hekayəsi" və "Aşıq Qərib"lə Sarkis yenidən Tiflisə qayıdır.
Tiflis erməni uşağının böyüdüyü həyat artıq bir Səhnə olaraq filmləşir və Paradjanov filmlə şairlik edə bilərəm üçün poetikada özünə yaxın olan Tarkovski ilə bir dünyanı təmsil edirəm fikirinin parçasına dönür.
Bütün bunları niyə yazıram?
Yaşadığları ilə bizə nə yaşatmaq istəyir Paradjanov sualına cavab vermək istəyirəm.
Paradjanovun "Aşıq Qərib"inin bizimlə dərdi nədir, bu adam bizdən nə istəyir, bizi necə görür, bizi harda görür?
"Aşıq Qərib" filmində biz məzarlığlar adamıyıq, koruq, lalıq.
Müsəlman məzarlığları içindədir filmdə əsas məkanlar, Qazaxdakı, Şirvanşahlardakı məzar daşlarının içindən bizə aid edilən əşyalar, şeylər, əcaib üzlər Paradjanovun həyat qorxularıdır.
Alim Qasımovun səsi və pafoslu azərbaycanca ölü bir mirasın üzərində oyun oynayır və təhqir edilir.
Bizim film nədir, bilməyən, kino çəkmək arzusu ilə qarın dolduran heyvanşünaslarımız Paradjanov heyranlığı ilə danışmağı sevərlər, çəklişlər Bakıda, Şəkidə olub, bizim xalçalar, narlar, əşyalar çəkilib, bizim musiqi səslənib, bizim dildə danışılıb kimi görməmişlik bizə bu adamın dərdi nə idi, bizdən və bizim dünyamızdan nə istəyirdi sualına cavab verə bilmək gücündə deyildirlər.
Aid olduğu yeri bilməyənlər, onlara aid edilən yeri uca sayanlar bilin ki, biz aid olduğumuz yeri qoruyanlar olaraq zamandan aslı olmayaraq varıq və olacağıq.
Xəstəlik tarixçəsi ilə tarixin içində qeydə düşənləri isə bu da keçər deyib, seyr edə biliriksə, diriyik və dirilişin qurucuları olaraq yaşayanlara salam olsun.
Idris Heyderli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru