Trampın qidalanması ABŞ-ın Səhiyyə Nazirini şoka saldı

15-01-2026, 08:54           
Trampın qidalanması ABŞ-ın Səhiyyə Nazirini şoka saldı
ABŞ-ın səhiyyə naziri Robert Kennedi (kiçik) bildirib ki, dövlət başçısı Donald Trampın qida vərdişlərini nəzərə alanda onun hələ də sağlam qalması onu təəccübləndirir.

Tribuna.az xəbər verir ki, o, bunu daha əvvəl ABŞ nazirliklərində yüksək vəzifələr tutmuş Keti Millerin podkastında deyib.

Kenneninin sözlərinə görə, Donald Tramp mütəmadi olaraq zərərli qidalar qəbul edir – McDonald’s məhsulları, şirniyyatlar və demək olar ki, fasiləsiz içdiyi dietik kola buna daxildir. Nazir vurğulayıb ki, bu cür rasiona baxmayaraq, ölkə başçısının orqanizmi heyrətamiz dözümlülük nümayiş etdirir.

Kenneninin əlavə etdiyinə görə, birgə səfərlər zamanı Trampın gündəlik olaraq “zərərli qidalarla” qidalandığı təəssüratı yaranır. Bununla belə, Donald Tramp özü düzgün qidalanmaya riayət etdiyini desə də, yol səfərlərində fastfuda üstünlük verdiyini etiraf edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]