1804-cü ilin yanvar ayının 15-i Azərbaycanın Qacarlar nəslindən olan Ziyadoğlular nəslinin görkəmli nümayəndəsi, sərkərdə Cavad xanın şəhadətə yüksəldiyi gündür.

16-01-2026, 00:09           
1804-cü ilin yanvar ayının 15-i Azərbaycanın Qacarlar nəslindən olan Ziyadoğlular nəslinin görkəmli nümayəndəsi, sərkərdə Cavad xanın şəhadətə yüksəldiyi gündür.
Cavad xanın adı çəkilirsə onun qəhrəman xanımının dəyanəti haqda danışmamaq mümkün deyil. Hadisələri gözü ilə görmüş rus zabiti öz xatirəsində belə yazırdı:
"Əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdi. Bu hadisədən sonra Sisianov dərhal çölə çıxıb, lakin rəngi qaçmışdı. Mən tatar arvadının əynində çərkəzi paltar, üstündə xəncər, əlində ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhmli əri o qılıncla mənə zərbələr endirmişdi, xanın qılıncı atraksionlar kimi oynayırdı, daha doğrusu, elə bil, rəqs edirdi. Mən onun "oyun"una dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırdım, özüm "oyun"dan çıxdım...
İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-ayağa qara paltarda idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab verməyə tələsmədi, yanındakı qızı çağırıb nəsə dedi. Qız dərhal yan otağa keçdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu, pul kisəsi idi. Xanın arvadı kisəni götürüb generalın qarşısında dayandı və düz onun gözlərinin içinə baxıb astaca nəsə dedi. Birdən dəhşət baş verdi, o, gözlənilmədən pul kisəsini generalın üzünə çırpdı. Qızıl onluqlar Pavel Dmitriyeviçin alnına, gözünə, burnuna, ağzına dəyib ayaqlarına töküldü. General başını aşağı əyib yerə tökülmüş qızıl pullara acgözlüklə baxanda, xanım mənalı bir tərzdə nifrətlə gülümsədi. General azdan-çoxdan qafqazlı adətinə bələd olduğu üçün Bəyim xanıma cavab vermədi, əlindəki pulu qaytarıb cibinə qoydu, qapıdan çıxanda nə isə fikirləşib geri qayıtdı, astanada dayanıb həmin pulları səpələdi, qadın pullara baxmadı, onları ayaqladı..."
Bu bizik?!
Tarixçi alim Ziya Bünyadov deyirdi ki, "dünyada 3 şəhərin əhalisi əlisilahlı doğulur. Onlardan biri də Gəncədir."
Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olub. Cavad xanın anası da Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi.
Cavad xan və Gəncə hadisəsinin tarixi əhəmiyyəti böyükdür. gəncə hadisəsi daha sübut etdi ki, Azərbaycan heç vaxt torpaqlarını öz xoşuna rusa verməyib. Azərbaycan torpaqları həmişə şimaldan işğalçı hücuma məruz qalıb. Unutmayaq ki, bu savaş nətəcəsində 1802-ci ildə Gəncə əhalisinin sayı 25700 nəfər olduğu halda, işğaldan sonra cəmi 5460 nəfər şəhər sakini sağ qalmışdı...
Lakin bütün hallarda bu gün hər bir azərbaycanlı Cavad xan adı gələndə qürurlanır, fəxarət hissi keçirir. Onun Sisyanova cavabı isə əsl xana layiq cavab idi: “...Əgər sən savaşmaq fikrindəsənsə, biz də hazırıq. Hardan bilirsən ki, qızılbaşdan qoçaqsınız? Siz öz davanızı görübsünüz, qızılbaş davasını görməyibsiniz. Hədələyirsən ki, əgər sənin təklifini qəbul etməsəm, məni bədbəxtlik tutacaq. Bəlkə əcəl sizi Peterburqdan bura gətirib? İnşallah, bizdən hansı birimizin aqibətinin necə olacağı bilinəcəkdir. Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür. Vəssalam.
Cavad xan"
Cavad xan Azərbaycan tarixinə şərəfli bir iz qoyub getdi. Bu gün bu iz hər bir gənc üçün bir şəhidlik məktəbidir. O məktəb ki, vətəndən əziz, torpaqdan doğma heç nə yoxdur. Bu gün hər bir Azərbaycan məktəblisi, Azərbaycan gənci Cavad xanla öyünür. Çünki Gəncə qalası üzərində tikə-tikə doğrandı, oğlu da yanında, amma düşmənə təslim olmadı. Bu tarixi fakt üçün əlimizdə olan əsaslar general Sisianovun və Cavad xanın bir-birinə göndərdikləri məktublardır. Bu məktubların hər birini oxuyanda sevinirsən ki, belə bir azərbaycanlımız, xanımız, belə bir cəngavər insanımız olub...Buo sisanov idi ki,Bakını işğal etmək istəyəndə Başı kəsildi və irana hədiyyə göndərildi.
Cavad xanın məzarının başına gələnlər isə faciəvidir. Cavad xanın məzarı gordan gora daşınır... iki dəfə dəfn olunur. Hətda nəşinin qalıqları uzun müddət 27 il gizli saxlanılır.
Məlumatlara görə Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunmuşdu. Kommunistlər 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdırlar.. Lakin vətənpərvər Oktay Eldəgizin vətənpərvərləri Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayır və 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırırlar.
Xoşbəxtlikdən həmişə elmi axtarışlarda olan Məşədi Xanım Nemətova arxivdən Cavad xanın qəbrüstü abidəsinin foto-surətini tapır. Tezliklə şəkildəkinə uyğun məzarın mərmərdən yonulmuş oxşarı hazırlanır. Onun üzərində nəqqaşlıqla fars dilində aşağıdakı sözlər həkk olunmuşdur:
"Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.
Elə ki, qara torpaq oldu onların məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi
Mərhum, rəhmətlik Cavad xan
Kərbəla şəhidlərinin torpağından
O astadan çoxlu torpaq gətirib
Həmin türbəni malaladı.
Öz ölüləri üçün əmin-aman bir ev yaratdı.
Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.
Ondan sonra bu məqbərəda dəfn olundular
O fatehin nəsli və ailəsi."
sözardı: Cavad xanın taktiki səhvi olmuşdumu? Bəli. Bu həmin səhvdir ki, biz də onu dönə-dönə təkrar etmişik və edirik. Erməniləri şəhərdən büsbütün qovmamağı onun səhvi idi. Belə ki, ruslar hücuma keçən kimi ermənilər şəhərin Tiflis qapısını açıb işğalçıları içəri buraxmışdılar.
Baba Allahnəzərov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]