İnanılmaz amma olan hadisə: Tarixdə ilk dəfə, bütün aviasiya qaydalarına zidd olaraq, bir İNSANın xatirinə təyyarə bu cür endi.

17-01-2026, 08:44           
İnanılmaz amma olan hadisə:
Bir gün Vaxtanq Kikabidze təyyarə ilə Rusiyadan Tiflisə uçur. Hava şəraiti münasib olmadığı üçün Tiflis aeroportu təyyarəni qəbul etmir və təyyarə məcburən geriyə qayıtmalı olur…
Vaxtanq stüardessadan xahiş edir ki, ekipaja çatdırsın: geri qayıtmaqdansa Bakıya enmək daha yaxın olardı. Stüardessa bildirir ki, Bakı aeroportu da hava şəraitinə görə enməyə icazə vermir.
Onda Vaxtanq təkid edir ki, ekipaj Bakı dispetçerlərinə xəbər versin: Mimino Bakının üzərindən uçur. Ekipaj buna inanmasa da, Vaxtanqın xahişini yerinə yetirir. Və Bakı aeroportundan dərhal cavab gəlir: “Enə bilərsiniz”.
10 dəqiqədən sonra təyyarənin bütün sərnişinləri Bakı aeroportunda kofe içirdi.
Tarixdə ilk dəfə, bütün aviasiya qaydalarına zidd olaraq, bir İNSANın xatirinə təyyarə bu cür endi. O İNSAN Mimino idi.
Bu gün onun anım günüdür. Ruhu şad olsun…
Bakı vaxtı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]