Çingizxan Yasası; Zina edənlər- dəxli yoxdur evli ya subay -istisnasız öldürülməlidir.

26-03-2026, 16:04           
Çingizxan Yasası; Zina edənlər- dəxli yoxdur evli ya subay -istisnasız öldürülməlidir.
"Xəyanət etmək qədim türk hüququnda sadəcə bir xəta deyil, soyun saflığına və toplumun bütünlüyünə kobud müdaxilə kimi qəbul edilirdi. Türk toplumunda ailə dövlətin və toplumun özəyi olan “oğuş”adlanırdı. Sərt yaşayış şərtlərində həyatda qalmaq üçün, ciddi bir intizam və sarsılmaz əxlaq vacib idi. Bu nizamı təmin edən “Törə” evlilikdən kənar əlaqələr, xüsusilə də evli bir şəxsin sədaqətsizliyi mövzusunda son dərəcə qəti və güzəştsiz şərtlər müəyyənləşdirmişdi.Çin mənbələrindən və ərəb səyyahlarının (İbn Fadlan) müşahidələrindən də göründüyü kimi türklərdə bu günahın cəzası əsasən ölüm idi. Əski türk qanunlarında evli biri ilə əlaqə quran şəxsin məruz qaldığı cəzalar qaynaqlarda bu cür görünür:
Göytürk və Uyğur türklərində ayrıseçkiliyə yol verilmədən ölüm.
İbn Fadlan 10-cu əsrdə Oğuzlar arasında zina edənlərin vücudlarının ikiyə bölünərək edam edildiyini heyrətlə yazır. Bəzi hallarda günahkarın burnunun kəsilməsi və ya saçlarının qırxılması kimi onu cəmiyyət içində əbədi olaraq aşkar edəcək fiziki cəzalar tətbiq edilirdi. Bu “yaşayan bir ölü” halına salmaqla toplumdan təcrid edilmənin bir üsulu idi. Türk-moğol hüququnun bir sintezi olan Yasa-name-i Büzürg (Çingizxan Yasası) bu mövzudakı davranışı çox dəqiq göstərir: Zina edənlər- dəxli yoxdur evli ya subay -istisnasız öldürülməlidir. Bu qaydanın əsas məqsədi qəbilələrarası qan davalarını önləmək və soy qarışmasının qarşısını almaq idi. Sosial təcriddə isə fiziki cəzayla yanaşı Törə belə qadınlara ağır bir psixoloji və sosial basqı tələbi qoyurdu. Edam edilməyən günahkarlar isə el-obadan kənarlaşdırılırdı. Sərt bozqırlarda bir şəxsin təkbaşına həyatta qalması mümkünsüz bir şey sayıldığına görə əslində bu da elə ölüm cəzası kimi bir şey idi. Qadının işlədiyi günah bütün ailəsi və sülaləsi üçün bir utanc qaynağı (üz qarası) kimi qəbul edilirdi. Bu hal qadının öz ailəsi tərəfindən Törəyə uyğun olaraq cəzalandırılmasını tələb edirdi. Nəticə etibarilə əski türklərdə qadının cəmiyyətdəki statusu yüksək olsa da (siyasi, mülkiyyət haqqı) əxlaqi sərhədlər Törə ilə çəkilmişdi. Evli bir kişiylə əlaqə qurmaq, toplumdakı sözləşmənin ən ağır pozuntusu sayıldığı üçün bu günahı edənlərə qarşı mərhəmət göstərilməz, əksinə toplumun arınması üçün ən sərt cəzalar verilərdi".
Mənbələr: Bahaeddin Ögel, Türk Kültür Tarihine Giriş: Türk aile yapısı ve bozkır hukuku üzerine temel eser.
​İbn Fadlan, Seyahatname: 10. yüzyıl Türk boylarındaki ahlak yasaları ve cezalar hakkında birincil gözlem.
​Ziya Gökalp, Türk Töresi: Türklerin kadim hukuk ve ahlak anlayışının sosyolojik analizi.
​Ahmet Taşağıl, Gök-Türkler: Çin kaynaklarındaki Türk ceza hukukuna dair verilerin derlemesi.
​Sadri Maksudi Arsal, Türk Tarihi ve Hukuk: Eski Türklerde suç türleri ve yaptırımlar üzerine akademik inceleme.
​Hazırlayan Türkü Turan
Şəkil: Azərbaycanlı xanımlar, 1900-cü illər.
"Azərbaycanlıların səhifəsi"ndən
Sitatınsonu:Xəyanətə cəzada da gender bərabərliyi olmalıdı . Hələ kişilərin cəzası daha ağır olsa yaxşıdı.Çünki nisbətdə onların xəyanəti daha çoxdu.
Amma nədənsə onların etdikləri xəyanət yox , şıltaqlıq sayılır.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru