Müəllimlərə fəhləliyi məsləhət görən Hadı Rəcəblinin ailə biznesi - İNFOQRAFİYA

14-03-2016, 23:17           
Müəllimlərə fəhləliyi məsləhət görən Hadı Rəcəblinin ailə biznesi - İNFOQRAFİYA
"Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün” deyən Hadi Rəcəblinin ailə biznesi:

– Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
– Lənkəranda yerləşən "Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
– Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
– Bakıdakı "DNS Computers” şirkətinin 4, Sumqayıtda isə 1 mağazası. (Mənbə: Jam.az)

Oğlanlarından biri Vüsal Rəcəbli "Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers” şirkətlərini idarə etdiyi iddia olunur.

Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.
Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir. Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.
meydan.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru