"6 aydır ki, "Ata" Sığorta məni süründürməçiliyə məruz qoyub" =- ŞİKAYƏT

8-06-2018, 10:30           

teref.az-nun poçtuna daxil olan şikayət məktubunu oxuculara təqdim edirik.Şikaytçi yazır:
Ucar rayonu T.İsmayılov küçəsi ev 34 sakini Məmmədov Mahir Əliyusif oğlu tərəfindən

ŞİKAYƏT

"Ata" Sığorta Şirkəti məni aldadıb sığorta pulumu vermək istəmir.17 dekabr 2017-ci il tarixdə Ucar şəhərinin Oğuz küçəsi ərazisində mənə məxsus 10 NR 709 nömrəli VAZ-2107 markalı avtomobillə, VAZ-21011 markalı avtomobil toqquşmuşdur.Nəticədə mənim avtomobilimə 1800 manat ziyan dəymişdir.Təqsir qarşı tərəfdə olduğundan hadisəni araşdıran Ucar Rayon Polis Şöbəsi buna dair sənədlər tərtib edilmişdir.Həmin sənədləri "Ata" Sığortanın Göyçay rayon filialına təqdim etdim.Oranın əməkdaşı Rauf Həmidov hər dəfə müxtəlif bahanələr gətirə-gətirə avtomobilimə dəyən ziyanın sığorta pulunu vermək istəmir.Rauf Həmidov mənə bildirir ki, sənədlərini hazırlayıb Bakı şəhərinə mərkəzi idarəyə göndərmişik onlar pulu verən kimi sizə sığorta pulu ödəniləcək. Baş İdarəyə zəng edib deyirəm onlar deyir ki, bizlik deyil. Artıq 6 aydır ki, "Ata" Sığorta məni süründürməçiliyə məruz qoyub.Gah deyirlər ki. sənə 550 manat sığorta pulu veriləcək gahda deyirlər ki, 250 manat veriləcək.Bu fırıldaqçı sığorta şirkəti istədiyi saxtakarlığı edir.Əslində isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, "Ata" Sığorta şirkəti edir.

Mən mətbuat vasitəsi ilə vətəndaşlara bildirmək istəyirəm ki, ehtiyatlı olsunlar "Ata" Sığorta Şirkətində sığorta əməliyyatı etməyin.Bu Sığorta Şirkəti dələduzluqla, saxtakarlıqla məşğul olur, vətəndaşları aldadıb pulunu mənimsəyir.
teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru