"Məmmədsəfaya verdiyiniz pulun çox yox 100 manatına övladınıza kitab alın ki,maariflənsinlər." -Şəfəq Ağacan

10-06-2018, 21:24           

Artıq 1 ildən çoxdur ki,agentliyimiz Astarada cindarlıqla məşğul olan falçı Məmmədsəfa ilə bağlı yazı və videomaterial dərc etmişdik.Hətta yazıda qeyd etmişdik ki,zaman zaman “ŞeyxNəsrullahlar” “MollaibrahimXəlil kimyagərlər” Azərbaycanda insanları aldadaraq millətin pulunu qanını sorurlar.Hətta bu haqda Astaranın keçmiş polis rəisi Adil müəllimə məlumat verdikdə,mənə maraqlı cavabı olmuşdur” Məmmədsəfanın knopkaları yuxarıdan basılır onunla işiniz olmasın!” Hə bax bu cavab məni o vaxt şoka salmışdır. Artıq 1-ilə yaxındır ki,bu falçı ilə məhkəmələrdə mübarizədəyik. Sumqayıt şəhər məhkəməsi və Sumqayıt apellyasiya məhkəməsinin hakimləri bir söz deyir bəli düzgün ifşa eləmisiniz amma gərək etməyəydiniz. Hakim deyir ki,”sizdən başqa onu görən yox idiki,sizin nəyinizə lazimdir”? Buda ölkəmizin ədalət məhkəməsinin hakiminin cavabı.İndi bu ölkədə kimə inanasan və güvənəsən?Məhkəmələrdən anladım ki,Adil müəllim düz deyirmiş Məmmədsəfanın knopkaları lap yuxarıdan basılır.Hətta öz vəkili onun bir knopkasinin adini çəkdiki Allahşükür Paşazadə onun bir knopkasidir. Qanuni dövlət deyirik qanunda cindar ,ekstrasens,falçıları aşkarliqda dərhal həbs edilməlidir. Amma əməl başqadır .Onda siz Allah bu qanunları yalandan yazib milləti dolamayın. Bir ölkədə fırıldaqçı cindar ,falçı,ekstrasens ziyalidan ,jurnalistdən dəyərlidirsə biz hansı inkişafdan,hansı hüquqi dövlətdən danişaq. Atalar deyib ki,bir ölkədə “şorun” qiyməti “yagdan” bahadırsa onda ordan qaç. İndi biz vətənimizdən hara gedək? Mən mübarizəmi Ali məhkəmə,Avropa məhkəməsinə qədər aparacam görüm bu “knopkalar “hara qədər işləyəcək. Efirdə əgər ekstranses alimə deyir ki,səni bir zəngə burdan apartdıraram,deməli bunlara yuxarıdan yaşıl işiq yandıranlar var .Dini işlər üzrə Dövlət qurumu ,Mübariz Qurbanlı hara baxır? Ölkədə üzdəniraqlarla,cindarlar at oynadır.Əziz həmkarlar bir olub bu məsələni gündəmə gətirmək lazımdır. Ayıbdır biz danişanda Avropadan,Avropa təhsilindən danışırıq bəs bu nədir? Yazida və təqdim etdiyimiz videomaterialda qeyd etmişdik, Astaranın Şüvi kəndində yaşayan və baxıcılıq edən Molla Məmmədsafa hər kəsi öz qapısında növbədə saxlamağa necə məcbur edir. “Mollanın” insanlarla davranışı isə başqa bir mövzudur, əsil +18…Lerik-Astara sakinləri arasında apardığımız Məmmədsəfa haqqında söhbətləri eşidib şoka düşməyin.Sən demə bu gün Azərbaycan şou biznesinin məşhur “ulduzları” Məmmədsəfanın daimi müştəriləridir.Bir sözlə efirdə və gündəmdə sənət deyil Məmmədsəfanın duaları ilə qalırlar.Kim kimi şobiznesdə yox etmək istəyir Məmmədsəfaya müraciət edir … Videomaterialda sakinlər kimlərin adını çəkmir ,rəhmətlik İlhamə Quliyevadan tutmuş Elnarə Abdullayeva ,Namiq Qaraçuxurluya kimi… Hələ nazirləri demirəm. Bizdə məcbur olub bizdə çəkliş etmək üçün baxdırdıq amma biz onda nə baxıcılıq nədə mollalıq gördük… Növbəyə duran insanların davasını görsəniz dəhşətə gələrsiniz heç aclıq vaxtı çörək növbəsində elə davalar olmayıb.

Ay millət ayılın Məmmədsəfaya verdiyiniz pulun çox yox 100 manatına övladınıza kitab alın ki,maariflənsinlər.Bu biabrçılıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru