Bakı bulvarına girməyin…çay içmək qadağandır – Reportaj

20-06-2018, 14:33           

Bakı bulvarında hava almaqdan başqa hər şeyin öz qiyməti var. Onların sırasında çay içmək ən qorxulusudur.

Neçə illərdir ki, Milli Parkda yerləşən kafelər şəhərin qonaqlarına və əhalisinə çayı neft qiymətinə satırlar.

Onun dərdinə əksər hallarda bulvara gəzintiyə çıxanlar kənarda çay içməyə üstünlük verirlər.

► “Mirvari”, “Dalğa”, “Forest”, “Gilavar”

AzEuroNews.com üçün öyrənirik ki, azı bir çaynik və kiçik qabda mürəbbə 7-8 manata baş gələcək. O da boğazdan keçməz…

Yəni, təxminən bir kilo ətin pulunu yaxud 2 qutu çayın xərcini bulvarda bir stəkan çay içməyə verirsən.

Kafelərin əksəriyyəti müştəriyə sadə çay vermirlər. Bir çaynik, mürəbbə və limon azı 7 manatdır.

Məsələn, “Lale kafe”də sadə çayı 3, mürəbbə ilə 7 manata təklif etdilər. “Delfin kafe”də də eyni vəziyyətdir. Ən ucuz çay 7 manatdan başlayır. Çayın yanında mürəbbə verilir.

“Mirvari”, “Dalğa”, “Forest”, “Gilavar” və onlarla belə kafelərdə də çay 2-3 manat, mürəbbə və şokoladla 7-10 manat arası dəyişir.

“Rast” kafedə sadə çay vermirlər. Mütləq yanında mürəbbə yeməlisən. Sadə dillə desək, cibində ən azı 15 manatın yoxdursa, bu kafeyə girmə. Yoxsa…


► Venesiyada 32 manat, “Pasifico, Tosca” da 25…

“Günəşli” kafesində də sadə çay verilmir. Bu məkanda da “çay+mürəbbə qanunu” tətbiq olunur. Qiyməti 7 manat.

Öncəkinə nisbətən insaflı qiymətdir. Venesiyada isə çay dəstgahının qiyməti isə 32 manatdır.

Dənizkənarı Milli Parkda ən bahalı restoran “Sahil” kafesidir. “Pasifico, Tosca” da adlanan bu restorana girmək üçün cibinizdə ən azı 25 manat olmalıdır.


Ən ucuz çayxana isə “Kələki” adlanan məşhur “Saat”ın altındakı yerdir. Burada sadə çay 2 manatdır.

Əgər bulvara ailəvi gəzintiyə çıxırsansa, attraksionlar, qatarda və ya gəmidə gəzinti, dondurma, çipsi və s. xərcləri də nəzərə alsaq “Kukla” teatrının yanındakı keçiddən “Torqovı”ya doğru geri qayıdanda əlinizi cibinizə atın, azı 20-25 manat gedib.

Ona görə də yay mövsümü gəldikcə, bulvara axışan əhali getdiyinə peşman olur…














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru