Rəzalət- Şəmkirin başçısı küçələrə "yol" çəkir...

22-06-2018, 17:00           
Rəzalət- Şəmkirin başçısı küçələrə "yol" çəkir...
"Xatirinizdə olar, təxminən 10 gün əvvəl status yazıb qeyd eləmişdim ki, " ölkə boyu ən ucqar rayonların, ən ucqar kəndlərinə belə asfalt yollar çəkilsə də Şəmkirin əksər kəndlərinin yolları bərbad-asvalt üzünə həsrətdir. Rayon icra hakimiyyəti başçısı gələn gündən ceyran bəsləməklə, pamidor-xiyar "parnik"i salmaqla məşğuldur; və buna görə də yerli camat Alimpaşaya, "Ceyranpaşa" ayaması qoyub. İndi bunların etdiyinə bir bax- tələm-tələsik bəzi kəndlərə (özü də camaatın hesabına) guya ki, asvalt çəkməyə başlayıblar. Və utanmaz utanmaz bunu da İH-nin saytında yerləşdiriblər". Vətəninfo.az xəbər verir ki,bu fikirləri sabiq deputat Etibar Hüseynov özünün facebook səhifəsində yerləşdirib. Sabiq deputat daha sonra bunları qeyd edib:

Fotoya diqqətlə baxın, və özünüz deyin: bu asfaltın ömrü neçə il, neçə ay olması bir yana- sizcə neçə gün, neçə saat davam gətirər? Bircə yağışlı gündən sonra bu quru torpaq uzərinə səpilmiş asvaltdan əsər-əlamət qalarmı? Bu biabırçılıq, bu dərəbəylik nə qədər davam edəcək görəsən? Keçmiş Salyan toylarında tamada olmuş, Fazilin bu kadrından canımız nə vaxt qurtulacaq görəsən?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru