Qəzza ilə bağlı danışıqların yeni raundu başladı

7-07-2025, 09:39           
Qəzza ilə bağlı danışıqların yeni raundu başladı
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı dolayı danışıqların növbəti raundu axşam saatlarında Dohada başlayıb.

Bu barədə Qətərin "Al Araby" telekanalı məlumat yayıb.

Məlumata görə, Qətərin vasitəçiliyi ilə keçirilən məsləhətləşmələr zamanı tərəflər atəşkəs razılaşmasının həyata keçirilməsi mexanizmi və Qəzzada saxlanılan israilli girovların və İsraildə saxlanılan fələstinli məhbusların azad edilməsi məsələsini müzakirə ediblər.

Mart ayında İsrail ordusu Fələstin anklavında hərbi əməliyyatları bərpa edərək, bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub. Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqların bir neçə raundunda tərəflər yeni sazişin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

İyulun 2-də ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəsə razılaşdığını və bu müddət ərzində tərəflərin zolaqdakı münaqişəni dayandırmağa çalışacağını açıqlayıb. İyulun 4-də HƏMAS Fələstin qrupları ilə məsləhətləşmələrdən sonra Qəzzada atəşkəs təklifinə vasitəçilərə müsbət cavab verdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru