Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ

14-11-2025, 00:10           
Xarici borcumuz silah alışı hesabına artıb -
Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, biz bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - biz silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi", - o qeyd edib.

N.Paşinyan qeyd edib ki, əgər kimsə onun dediklərinə inanmırsa, o, əldə edilmiş silahları nümayiş etdirməyi təklif edir.

Daha əvvəl Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini təqdim edərkən qeyd edib ki, ölkənin dövlət borcu 2018-ci ildən bəri 80 % artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru