İsrail ABŞ-la 20 illik yeni müqavilə imzalayacaq – Netanyahu hərəkətə keçdi

14-11-2025, 09:24           
İsrail ABŞ-la 20 illik yeni müqavilə imzalayacaq – Netanyahu hərəkətə keçdi
İsrail ABŞ-la 20 illik təhlükəsizlik müqaviləsi bağlamaq üçün danışıqlar aparmağı planlaşdırır.

Bu barədə “Axios” portalı məlumat yayıb.

“İsrail ABŞ-la yeni 20 illik təhlükəsizlik müqaviləsi bağlamağa çalışır. Hansı ki, bu, indiki müddəti ikiqat artırmaq və Prezident Donald Tramp administrasiyasının dəstəyini təmin etmək üçün çox vacibdir. Beləliklə, İsrail ABŞ-dan illik ən azı 4 milyard dollar hərbi yardım almaq istəyir. Lakin İsrailə qarşı artan narazılıq səbəbindən razılığa gəlmək indi daha çətin olacaq”, – deyə Axios qeyd edib.

Hazırda İsrail və ABŞ arasında 2028-ci ildə müddəti bitən və İsrailə hərbi yardımı da nəzərdə tutan 10 illik anlaşma memorandumu mövcuddur. İsrail 2026-cı ildə yeni bir müqavilə əldə etməyi planlaşdırır.

Portal xatırladır ki, 1998-ci ildən bəri ABŞ və İsrail üç 10 illik çərçivə müqaviləsi bağlayıb. Beləliklə, İsrail 1998-ci ildə 21,3 milyard, 2008-ci ildə 32 milyard və 2016-cı ildə 38 milyard dollar yardım alıb.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru