Üç il əvvələ qədər bu ölkələr Ermənistana ona görə silah satmırdı ki... - Paşinyan

14-11-2025, 15:24           
Üç il əvvələ qədər bu ölkələr Ermənistana ona görə silah satmırdı ki... - Paşinyan
2022-ci ilə qədər Ermənistana silah satmağa hazır olan yalnız bir ölkə var idi: Rusiya. Qalan ölkələr Ermənistana silah satmaqdan imtina etdilər.

TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“2022-ci ilə qədər Ermənistana silah satmağa hazır olan yalnız bir ölkə var idi. Niyə qalanları satmadılar? Çünki onların sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış ərazimizi qorumaq üçün bizə satılan silahlardan istifadə edəcəyimizə dair heç bir zəmanət yox idi. Üstəlik, beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda istifadə edəcəyimizə əmin olduqlarını söylədilər və bu onlar üçün qəbuledilməz idi. Bu yol 6 oktyabr 2022-ci ildə ölkəmizin ərazi bütövlüyünü tanıdığımızı elan etdikdən sonra bizim üçün açıldı”, - Paşinyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru