Fransa PUA istehsalı sahəsində Ukrayna ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

17-11-2025, 10:44           
Fransa PUA istehsalı sahəsində Ukrayna ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Fransa və Ukrayna nümayəndələri bazar ertəsi ilk dəfə Parisdə keçiriləcək görüşdə pilotsuz uçuş aparatları istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

"Report"un məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot "France Inter" radiosunun efirində bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi razılaşmanın hazırlandığını açıqlamışdı.

Zelenski Avropa turnesi çərçivəsində noyabrın 17-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru