Tramp Netanyahunu Ağ Evə dəvət etdi

2-12-2025, 08:38           
Tramp Netanyahunu Ağ Evə dəvət etdi
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu Ağ Evə dəvət edib.

TEREF xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti bildirib.

“Netanyahu bu yaxınlarda Trampla telefonla danışıb. ABŞ Prezidenti baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib”, – deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, söhbət zamanı iki ölkə liderləri HƏMAS-ın tərksilah edilməsinin və Qəzza zolağının silahsızlaşdırılmasının vacibliyini və sadiqliyini vurğulayıblar. Baş nazirin ofisi əlavə edib ki, bundan əlavə, onlar region ölkələri ilə “sülh sazişlərinin genişləndirilməsini müzakirə ediblər”./teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru