ABŞ-ın Venesuela ilə bağlı qətiyyətli qərarı və hərəkəti üçün İsrail hökumətinin tam dəstəyini ifadə edirəm.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Latın Amerikasında tarixi bir dəyişikliyin şahidi oluruq - ölkələr Amerika oxuna qayıdır və İsrail ilə əlaqələrini yeniləyir”, - o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.