Qazax icra başçısının başı dərddə

25-08-2015, 11:49           
Qazax icra başçısının başı dərddə
Ölkənin sabiq baş dəmiryolçusu Arif Səgərov nəqliyyat naziri Ziya Məmmədov tərəfindən himayəyə götürülsə də, adının 48 milyonluq yeyinti qalmaqalında hallanması və bu səbəbdən ona olan etimadı itirməsi səbəbindən hazırda NN-də nazir müavini postunu tutmasına rəğmən yenə də hədəf olmaqdan yayına bilmir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan ötürülən informasiyada deyilir. Xəbəri verən qaynaq iddia edir ki, Arif Əsgərov son aylarda ciddi itkiyə uğrayıb ki, məlum proses davam etməkdədir.

Mənbənin dia.az-a söylədikləri: "Bu dəfə Əsgərov hazırda Qazaxa rəhbərlik edən qardaşının görəvdən alınması ilə barışmalı olacaq. Çünki yaxın günlərdə Ayaz Əsgərovla bağlı sərəncamın verilməsi göslənilir. Onun ardından isə Əsgərovların əlindəki maliyyə rıçaqları da hədəfə alınacaq".

Məlumatı verən qaynaq onu da əlavə edib ki, artıq Ayaz Əsgərovu postunda əvəz edəcək şəxsin kimliyi də məlumdur: "Hazırda Qazax rayon icra başçısının 1-ci müavini postunu tutan Fərman Nağdəliyev onun yerinə gətirilir. Hələlik adı hallandırılan şəxs odur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru