İsgəndər Həmidov niyə Müsavatdan namizəd olur? - AÇIQLAMA

31-08-2015, 12:39           
İsgəndər Həmidov niyə Müsavatdan namizəd olur? - AÇIQLAMA
Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adlarını açıqlayıb. Namizədlər arasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının (“Boz qurd”) sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun da adı yer alıb.

Maraqlıdır, İsgəndər Həmidov niyə öz partiyasından deyil, Müsavatın üzvü olmadığı halda bu siyasi təşkilatdan deputatlığa namizədliyini irəli sürür?

Məsələ ilə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, bunu normal hal hesab edib.

“Seçkidə iştirak edəcək şəxslər istənilən partiyanın tərkibində namizədliyini irəli sürə bilər. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi şəxsin öz istəyinə bağlıdır. Bu, nə Müsavat Partiyasının nizamnaməsinə, nə də ki, Seçki Məcəlləsinə ziddir. Seçki Məcəlləsində bununla bağlı heç bir qadağa da mövcud deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru