Elçibəyin oğlu deputat olmaq istəyir?- Açıqlama

31-08-2015, 23:03           
Elçibəyin oğlu deputat olmaq istəyir?- Açıqlama
Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev onun deputat olmaq istəyi haqda bu günlərdə yazılan xəbərlərə öz münasibətini bildirib.


“Qafqazinfo”nun məlumatına görə, bu barədə musavat.com-a açıqlama verən Ərturqut Əliyev bildirib ki, haqqında yazılan məlumatların heç bir əsası yoxdur və heç zaman deputat olmaq arzusunda olmayıb:

"Barəmdə yazılanlar tamamilə yalan və əsassızdır. Ümumiyyətlə, nəinki indi, bundan əvvəlki seçki dönəmində də belə fikirdə olmamışam. Bunu dəqiqləşdirmək isə çox asandır. Bu barədə xəbəri yazan insan mənimlə əlaqə saxlaya, bunun doğru və ya yanlış olması ilə bağlı daha dəqiq məlumat əldə edə bilərdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru