ABŞ Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır - Ceyms Uorlik

2-09-2015, 22:01           
 ABŞ Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır - Ceyms Uorlik
ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, buna görə də Vaşinqton qondarma “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsirini qəbul etmir. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Аzernews” qəzetinə müsahibəsində deyib.

C.Uorlik sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini belə şərh edib.

Bu yaxınlarda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında sualı cavablandıran həmsədr qeyd edib ki, ilin böyük hissəsi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik olub: “Biz tərəflərə gərginliyi azaltmaq və atəşkəs rejiminə ciddi riayət etmək çağırışları ilə müraciət etmişik. Həmçinin atəşkəs rejimini gücləndirən və nizamlanmaya gətirib çıxaracaq danışıqlar üçün daha əlverişli şərait yaradan etimadın möhkəmləndirilməsi üzrə tədbirlər təklif etməyi davam etdiririk”.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri sentyabrda BMT Baş Assambleyası çərçivəsində münaqişə tərəflərinin xarici işlər nazirləri ilə görüşlər keçirəcəklər: “Biz nazirlərlə bu il prezidentlərin növbəti görüşünün mümkünlüyünü müzakirə edəcəyik”.

C.Uorlik əlavə edib ki, həmsədrlər payızda regiona səfər etməyi planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru