AŞPA məruzəçisi Sərsəng su anbarının Ermənistanda olduğunu zənn edirmiş - Biabırçılıq...

3-09-2015, 11:46           
AŞPA məruzəçisi Sərsəng su anbarının Ermənistanda olduğunu zənn edirmiş - Biabırçılıq...
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Milica Markoviç Sərsəng su anbarının Ermənistanda olduğunu zənn edir.

Modern.az saytı news.am portalına istinadən xəbər verir ki, bunu Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Naira Zoqrabyan bildirib.

Erməni deputat xatırladıb ki, AŞPA-nın Səhiyyə və davamlı inkişaf komitəsində Sərsəng su anbarına dair hesabat hazırlanır.

“Lakin iş elə absurd həddə çatıb ki, xanım Milica uzun müddətdir əmin idi ki, su anbarı Ermənistandadır. O, Ermənistana su anbarını görmək üşün gəlmək istəyirdi. Biz qadını məyus etməmək üçün deputatımız Lev Xaçatryandan xahiş etdik ki, Milica Ermənistana gələndə Sərsəng su anbarının yerinə Aparan su anbarını göstərək”,-deyə ironiya ilə qeyd edib.

1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilən Sərsəng su anbarı 12 kilometr uzunluğu olan çayın üzərində tikilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru