Toylarımızda İŞİD, Hizbullah, PKK bayrağı qaldıranlar - kimin havasına oynayırıq?

7-09-2015, 21:38           
Toylarımızda İŞİD, Hizbullah, PKK bayrağı qaldıranlar - kimin havasına oynayırıq?
Azərbaycan toyunda “İraq İslam Şam Dövləti" (İŞİD) terror qruplaşmasının və “Hizbullah” bayrağının qaldırıldığı fotolar son günlər sosial şəbəkələrdə etiraza səbəb olub. Ümumiyyətlə, toyda niyə İŞİD və ya hansısa ərəb terror təşkiltının bayrağı qaldırılır?

“Toylarda İŞİD bayrağının qaldırılması birbaşa terror təbliğatıdır”. Bunu ATV.az-a deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, qanunda bu məsələ ilə bağlı sərt addımlar atılmalıdır. “Heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanda İŞİD, PKK kimi terror təşkilatın təbliğatını aparsın. Bu prosseslərə Daxili İşlər Nazirliyi, Dini Qurumlar üzrə Dövlət Komissiyası nəzarət edir. Hesab edirəm ki, bu məsələyə ciddi diqqət yetirilməlidir. Bu prosseslər əslində bir yoxlanışdır. Məqsəd odur ki, gələcəkdə belə bir addım atarsaq, hansı reaksiyalarla qarşılaşacağıq. Əgər bu prosseslər ənənəyə çevrilərsə, çox pis nəticələr ortaya çıxacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru