“Azəristiliktəchizat”ın Nizami şöbəsi rüşvət yığır - İTTİHAM VAR

4-12-2015, 13:32           
“Azəristiliktəchizat”ın Nizami şöbəsi rüşvət yığır - İTTİHAM VAR
Bakının Qara Qarayev prospekti 41-də yaşayan sakinlər havaların soyuması səbəbindən dəhşətli duruma düşüblər.

teref.az jam.az-a istinadla xəbər verir ki, gecənin soyuğuna rəğmən, binalara istiliyin verilməməsi səbəbindən donmaq təhlükəsi ilə üz-üzə qalıblar. «Böyüklər yenə birtəhər özünü idarə edir. Körpəsi olanlar var, uşaqları soyuqdan necə qorumaq olar? Bunlarda insaf deyilən bir şey qalmayıb».
41 saylı binanın sakinləri ki, onların binalarına istiliyin verilməməsinə səbəb «Azəristiliktəhcizat» ASC-nin Nizami rayon şöbəsinin müdiri Vüqar adlı şəxsin vətəndaşlardan pul tələb etməsidir. «Vüqar adlı bu şəxs kimsəni saymır və şikayətlərə də məhəl qoymur. Camaata da deyib ki, əgər 3000 manat pul yığıb, ona verməsələr binaya bir qətrə də olsun isti su verməyəcək.
Bunu da belə əsaslandırıb ki, həmin pulun böyük qismi«Azəristiliktəhcizat»ın rəhbərinə çatır». Sakinlər qeyd edirlər ki, hər il təmirpulu adı altında ASC rəsmiləri camaatdan pul yığırlar. Yayda təmir işləri aparacaqlarını bəyan edən qurumun rəhbərliyi bu ad altında sakinlərdən yığdığı pulu hara xərclədiyi məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru