"Azərinşaat"dan alınan 80 mln.-luq layihə başqa şirkətə həvalə olunacaq

4-12-2015, 14:27           
"Azərinşaat"dan alınan 80 mln.-luq layihə başqa şirkətə həvalə olunacaq
Ələt-Astara-İran dövlət sərhədi avtomobil magistralının Masallı-Astara yolunun A hissəsinin tikintisinin "Azərinşaat" MMC-dən alınıb və tikintinin tamamlanması işlərini başqa şirkət həyata keçirəcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, yolun bu hissəsinin layihə dəyəri 80 mln. manat civarındadır: "Azərinşaat" işin təxminən 70%-ni həyata keçirib. Amma artıq onlarla əməkdaşlığa rəsmən xitam vermişik. İndi yolun qalan hissəsinin inşası üçün bu sahə üzrə ixtisaslaşmış "Polad İnşaat", "Özgün İnşaat" və "Kolin İnşaat" şirkətlərlə danışıqlar aparılır".

Qeyd edək ki, bu ilin iyunun 30-da "Azərinşaat"la bağlanmış müqavilənin müddəti başa çatıb və "Azərinşaat" inşa etməli olduğu 22,15 km-lik yolun tikintisini başa çatdıra bilmədiyi üçün müqavilənin müddəti uzadılmayıb.
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru