Gəncədə valyutadəyişmə məntəqələri bağlandı, lisenziyalar geri alındı

11-01-2016, 16:41           

Azərbaycanın ikinci şəhəri Gəncədə bütün valyitadəyişmə məntəqələrinin fəaliyyəti bu gündən dayandırılıb. Bu barədə məlumatı Musavat.com-a şəhərdə valyitadəyişmə fəaliyyəti ilə məşğul olan şəxslər veriblər.

Məlumata görə, bu səhər Mərkəzi Bankın yerli idarəsinin əməkdaşları valyutadəyişmə məntəqələrinə əvvəllər verilmiş lisenziyaları geri alıblar və onlara bu fəaliyyətlə məşğul olmaq rəsmən qadağan edilib. Bildirilib ki, valyutadəyişmə fəaliyyəti ilə yalnız bank şöbə və filialları məşğul ola bilərlər.

Qeyd edək ki, Gəncədə valyutadəyişmə məntəqələrinin sayı 20-dən artıq idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru