“Medilux”da müəmmalı ölüm hadisəsi – həkim və klinika rəhbərliyinə qarşı sərt ittihamlar

12-01-2016, 11:35           
“Medilux”da müəmmalı ölüm hadisəsi – həkim və klinika rəhbərliyinə qarşı sərt ittihamlar
Bakının ən bahalı, özəl klinikalarından biri olan “Medilux”da ölüm hadisəsi baş verib. Qafqaznews.Az-a daxil olan məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. “Medilux” klinikasında Dilqəm adlı həkim tərəfindən əməliyyat olunan Tovuz rayonu sakini, 1967-ci il təvəllüdlü Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər.
Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrahın və klinika rəhbərliyinin məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Əldə etdiyimiz başqa bir məlumata görə, adıkeçən klinika Dövlət Miqrasiya Xidmətində yüksək rütbəli məmura məxsusdur. Xatırladaq ki, “Medilux” Bakıda xidmətlərin qiymətlərinə görə, “lüks”, yəni bahalı səhiyyə müəssisələrindən hesab olunur, burdakı qiymətlər isə digər özəl klinikaların əksəriyyəti ilə müqayisədə dəfələrlə artıqdır. Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Bizi izləyin.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru