“Tut” restoranında müştərilər “zəhərl*nə” bilər…

5-11-2025, 00:03           
“Tut” restoranında müştərilər “zəhərl*nə” bilər…
Daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm” MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.

XALQ xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt” salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.

Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru