"Qara bazar"dan şikayətlənirdi, özü də saxlanıldı

5-11-2025, 12:24           
"Qara bazar"dan şikayətlənirdi, özü də saxlanıldı
Bu gün "Qarabağ" - "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxs müəyyən edilərək kiberpolis tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında olan Rəşad Həsənov Baku TV-yə müsahibəsində bildirib ki, matça bilet almağa çalışsa da, səyləri uğursuz olub.

Bir müddət sonra isə o, kiberpolis əməkdaşları tərəfindən qeyri-qanuni yolla bilet satdığı üçün saxlanılıb.

Qeyd edək ki, bu gün keçirilən tədbirlər nəticəsində sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə bilet satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru