“Natura”nın içindən görün nə çıxdı-Video

5-11-2025, 15:38           
“Natura”nın içindən görün nə çıxdı-Video
Vətəndaş “Natura” meyvə şirəsinin içində yad cisim aşkar edib

Paytaxt sakini “Natura” markalı meyvə şirəsinin içində yad cisim aşkar etdiyini iddia edib. İstehlakçının sözlərinə görə, o, məhsulu açdıqdan sonra içəridə naməlum bir obyektin olduğunu görüb.

Hadisə ilə bağlı vətəndaş sosial şəbəkələrdə paylaşım edərək məsələni ictimailəşdirib. Bildirilir ki, məhsulun üzərində istehsal tarixi və qablaşdırma bütöv olsa da, içəridəki yad cismin görünməsi narahatlıq yaradıb.

İddia olunan faktla bağlı hələlik “Natura” brendinin və ya istehsalçı şirkətin rəsmi açıqlaması verilməyib. Ekspertlər belə halların araşdırılması üçün məhsulun müvafiq laboratoriyaya təqdim edilməsini və keyfiyyət yoxlamasının aparılmasını tövsiyə edirlər.

Qeyd edək ki, son aylarda oxşar şikayətlər müxtəlif qida məhsulları ilə bağlı da gündəmə gəlib. İstehlakçılar bu kimi hallarda müvafiq qurumlara – xüsusilə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyə çağırılır.Patrulaz.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru