Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb

6-11-2025, 00:05           
Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb
“Şahinlər” MMC-nin yüksək məbləğdə vergi borcu olduğu üzə çıxıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 934 min 589 manat 78 qəpik vergi borcu olduğu məlum olub.

Qeyd edək ki, bu şirkət 1994-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elməddin Bayramovdur. Şirkət Bakıda yaşayış binalarının tikintisi sektorunda fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru