“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı

6-11-2025, 10:08           
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı
Lökbatan kanalizasiya nasos stansiyasında havalandırma sistemi quraşdırılacaq

“İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi 9 saylı Lökbatan kanalizasiya nasos stansiyasında havalandırma sisteminin qurulması üçün mal-materialların alınması və quraşdırılması üzrə tenderin nəticələrini açıqlayıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “VIEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalmanın ümumi dəyəri 459.256 AZN təşkil edir.

32gun.azın əldə etdiyi digər məlumata görə, şirkətin dövlətə vergi borcu mövcuddur və borc məbləği 34.756,61 AZN təşkil edir.

Məlumatlara görə, qalib şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ramil Mustafayev Mübariz oğludur.

Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun özünün də külli miqdarda vergi borcu barədə məlumat vermişdik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru