Gəncə stadionunda işləyənlər əməkhaqlarını ala bilmirlər

6-11-2025, 16:44           
Gəncə stadionunda işləyənlər əməkhaqlarını ala bilmirlər
Gəncə stadionunun inşasında podratçı kimi iştirak edən "Green Service LTD" şirkətinin əməkdaşları əməkhaqlarını ala bilmirlər.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, aylarla stadionun tikintisində çalışan işçilər maaşlarının hər dəfə müxtəlif bəhanələrlə yubadıldığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, "Green Service LTD"nin maliyyə məsələlərinə cavabdeh nümayəndəsi Mirhüseyn Seyidli əməkhaqqı tələbinə hər dəfə müxtəlif vədlərlə cavab verir.

Məsələdə adı hallanan Mirhüseyn Seyidli ilə əlaqə saxlanılıb. O, sualları daha sonra cavablandıracağını bildirsə də, sonradan zənglərə cavab verməyib.

Şikayətçilər, həmçinin qeyd ediblər ki, stadionun tikintisində çalışan digər podratçı şirkətlərin əməkdaşları bu cür problemlə üzləşməyiblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru