Hərc-mərcli ARDNŞ

6-11-2025, 11:40           
Hərc-mərcli ARDNŞ
Cənab SOCAR Müşahidə Şurasının sədri bu hərc-mərcliyin qarşısını necə aldı!?
Və bu sahədə siyasətini necə davam etdirir:
-Тeft hasilatı aşağı düşdü,peşəkar kadrlar başqa "peşəkar"kadrlarla(köhnə neftçi demişkən "kaçalka görməyən") əvəz olundu və onlara təyin olunduqları gündən (peşəkarlığını sübut etməyə ehtiyac görülmədən) əmək haqlarına yüksək peşəkarlıq əmsalı da tədbiq olundu.
İşçilərin əmək haqları artırılmadı, indi də bu "hərc-mərcliyə" səbəb olan işçilərin kütləvi ixtisarı gedir. Bu isə ölkədə işsizliyin artmasına şirkətin "töhvəsidir".
Bu sahədə ən güclü göstərici Azəriqaz İB -da müşahidə olunur. Xadimə qadınlar( 80 nəfər),çilingərlər,qaz nəzarətçiləri,bir sözlə aşağı vəzifə sahibləri işdən azad edlir. Əksərinin də ailə vəziyyəti ağır.
Həmdə ölkə qanunlarını pozmaqla. Azneft İB isə bu sahədə daha fərqli üsula əl atıb. Yaşı 60+ olanlar ərizə yazıb sakitcə işdən öz xoşları ilə getsin.Yoxsa imtahan!(hədə,psixoloji təzyiq)bir hissəsi Downstreama çevrilmiş (dövlət dili haqqında qanun!!) Neftayırma zavodu isə daha irəli gedərək 50+ yaşlı işçilərə işdənçxma ərizəsi yazmağı təklif etdi. Proses sürətlə davam edir.
Mirvari Gahramanli
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB
ЕУКУА












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru