Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

6-11-2025, 16:06           
Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi iki tenderinin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, Agentliyin tabeliyində olan Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bir neçə rayonda təmir-tikinti işləri həyata keçirəcək.

Belə ki, FHN Şamaxı və İsmayıllı rayonlarında 3 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisi üzrə razılıq əldə edib. Tenderin qalibi olan “TƏRƏQQİ-Ş” MMC bu işləri 270 min 200 manata reallaşdıracaq.

İkinci tederə əsasən isə Agentlik Qubada iki evin təmiri ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, Quba rayonu, Yerfi kəndinin sakinləri Həsənova Gövhər Xanlar qızına və Rişanov Faiq Mirzəməmməd oğluna məxsus fərdi yaşayış evində bərpa işləri həyata keçirləcək. “FATEH CONSTRUCTİON” MMC ilə bağlanılmış müqavilənin dəyəri 96 min 923 manatdır.

Bir sözlə, FHN bir mənzili 90 minə tikəcək, bir mənzilin təmirini 45 min manata həyata keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru