Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblər - VİDEO

6-11-2025, 15:06           
Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblər - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən göl qurudulub və yerində fərdi yaşayış evləri salınıb.

Xezerxeber.az-ın məlumatına görə, son 3 ildə isə gölün ərazisi tamamilə qurudularaq, üzərində evlər tikilib.

Sakinlərin sözlərinə görə, gölün olması onlar üçün müəyyən çətinliklər yaradıb. Son bir ilə qədər ərazidəki çirkab suları həmin gölə axıdılıb.

Gölün qurudulması ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyət yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra
mənzillərdən gölə axan kanalizasiya suları dayandırılıb. Torpaq doldurulan gölün üzərində inşa edilən evlərin hansı icazə sənədi ilə tikilməsi sualı isə cavabsız qalır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru