"Bu da onu göstərir ki, milli valyutanın zəifləməsi ərzaq inflyasiyasını artıracaq"

7-11-2025, 20:34           
"Bu da onu göstərir ki, milli valyutanın zəifləməsi ərzaq inflyasiyasını artıracaq"
“Gələn il manatın məzənnəsini dəyişəcəyi ilə bağlı təhlükə müşahidə olunmur. İdxal-ixrac əməliyyatları arasında müsbət saldo qorunub saxlanılır. Mərkəzi Bank da mütəmadi olaraq bu barədə məlumat verir”.

Bunu iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, bu məlumatı verən Mərkəzi Bank elə manatın istehsalçısı deyil:

“Bu sual əslində İqtisadiyyat Nazirliyinə verilməlidir. Çünki tədiyyə balansında ardıcıl şəkildə azalmalar gedir yəni müsbət saldodan sıfırlamaya, hətta mənfiyə doğru bir hərəkət müşahidə olunur. Əgər bu vəziyyət davam etsə və tədiyyə balansı mənfi saldoya keçsə və bu hal müəyyən dövr ərzində davamlı olaraq qalsa, təbii ki, bu artıq milli valyutaya manata da təsir göstərəcək. Belə vəziyyətdə manatın ucuzlaşması devalvasiyası gündəmə gələ bilər. Ancaq hazırkı mərhələdə makroiqtisadi göstəricilərimiz, idxal-ixrac arasındakı balans, eləcə də xarici borcun ÜDM-ə olan nisbəti və ölkənin maliyyə dayanıqlığı elə bir riskdən danışmağa əsas vermir. Ölkə olaraq biz ərzaq məhsullarının təxminən 70%-ni idxal edirik. Bu da onu göstərir ki, milli valyutanın zəifləməsi ərzaq inflyasiyasını artıracaq və əhalinin sosial vəziyyətinə təsir göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru