Bu Milli Qəhrəmanların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü TƏYİN EDİLDİ

8-11-2025, 00:06           
Bu Milli Qəhrəmanların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü TƏYİN EDİLDİ
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Pəncəli Nurməmməd oğlu Teymurovun və Vaqif Bəxtiyar oğlu Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.

Qeyd olunub ki, hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Prezidentin aylıq təqaüdü (2 000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru