"Xpeng" hava taksisini təqdim etdi VİDEO

9-11-2025, 12:18           
"Xpeng" hava taksisini təqdim etdi  VİDEO
Öz avtomobilləri ilə tanınan "Xpeng" markasının "Aridge" hava nəqliyyatı bölməsi "A868" layihəsinin ilk təsvirlərini yayımlayıb.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, altınəfərlik sərnişindaşıyan hlikopterə bənzər minik vasitəsidir.

Məlumata görə, prototiplərin uçuş sınaqları artıq başlayıb.

"Aridge A868" şaquli qalxma və enmə funksiyasına malikdir ki, bu da uçuş-eniş zolağına ehtiyacı aradan qaldırır.

"A868"in güc aqreqatının texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin onun hibrid olduğu və saatda 360 km sürətə 500 kilometrdən çox məsafə qət edə biləcəyi məlumdur.

Hava taksisi kimi nəzərdə tutulan "A868"in nə vaxt kütləvi istehsala buraxılacağı hələlik müəyyən edilməyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru