Azərbaycan içki ixracından nə qədər qazanıb?

10-11-2025, 08:14           
Azərbaycan içki ixracından nə qədər qazanıb?
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 50 milyon 615,18 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, eləcə də sirkə ixrac edilib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 730,05 min dollar və ya 5,11% azdır.

2024-cü ilin müvafiq dövründə ixracın dəyəri 53 milyon 345,23 min dollar təşkil etmişdi.

Beləliklə, hesabat dövründə içkilər və sirkə ixracında azalma tendensiyası müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru