Yığımlarda 42 mindən çox artım olsa da, ödəniş edilməyib
10-11-2025, 15:44
Əmlakın sığortası üzrə yığımlar artıb.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında əmlakın sığortası üzrə ümumilikdə 128 min manat sığorta haqqı toplanıb.
Bu məbləğin 86 min manatı işçilərin dələduzluğu sığortası, 43 min manatı isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta üzrə yığılıb.
Ötən ilin eyni dövründə bu sığorta növü üzrə cəmi 86 min manat yığım qeydə alınıb və həmin vəsaitin tamamı işçilərin dələduzluğu sığortası hesabına formalaşıb.
Pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta isə ötən il üzrə ümumiyyətlə həyata keçirilməyib.
Beləliklə, bu il əmlakın sığortası üzrə yığımlar 42 min manat və ya 48,83% artıb.