Sayğacın dəyişdirilməsi prosesi təhlükəli iş hesab olunur və təhlükəli işlərin siyahısına daxildir.

11-11-2025, 08:14           
Sayğacın dəyişdirilməsi prosesi təhlükəli iş hesab olunur və təhlükəli işlərin siyahısına daxildir.
Sahə üzrə ekspertimiz yazır,və həm də marifləndirir!
Buildiyiniz kimi Azəriqaz İB gedən struktur dəyişikliyi ilə əlaqədar 10, 15 və 20 il iş təcrübəsinə malik bir çox mühəndis-metroloq artıq ya işdən azad olunub, ya da məcburən başqa sahələrə keçiriliblər. “Azəriqaz İB mövcud təlimatında göstərilir ki, sayğacların əvəz olunması Sayğac Əməliyyatları Xidmətinin çilingərləri tərəfindən icra edilməlidir. Lakin həmin vəzifə təlimatında sayğacların daşınması üçün xidmətə hər hansı nəqliyyat vasitəsinin ayrılması nəzərdə tutulmamışdır və çilingərlər də nəqliyyatla təmin olunmurlar.Məlumat üçün bildirmək istəyirəm ki, bu peşəyə (və ya vəzifəyə) artıq 100-dən çox qadın əməkdaş da işə qəbul edilib.
Sayğacın dəyişdirilməsi prosesi təhlükəli iş hesab olunur və təhlükəli işlərin siyahısına daxildir. Bu səbəbdən həmin işlərin icrasında çilingərlə bərabər mütəxəssis mühəndis və ya usta da iştirak etməlidir.
Sual: Raayon Qaz İstismar Sahələrinə son bir ayda təyin olunan Sayğac əməliyyatlrı xidmətinin çilingərləri.
-Siz təhkim olunduğunuz sahə üzrə sayğac əvəzetmə prosesini icra edərkən sizinlə birgə mühəndis və ya usta iştirak edirmi??
-Aktı bəs kim yazır?
-- Umumiyyətlə bu işin icrası üçün sizə əlcək və ya açar dəstəri ilə təmin olunursunuzmu?
Qeyd: Əgər sizə sahədə hər hansı sayğacın əvəzlənməsi ilə bağlı xidmət rəisiniz tərəfindən göstəriş verilərsə, bu işə təkbaşına getməyiniz qətiyyən düzgün deyil — hüquqlarınızı bilməyiniz vacibdir.
Təkbaşına sayğac əvəzləməyin.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru