Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ

12-11-2025, 00:05           
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Son aylarda dabaq xəstəliyinin yayılması iri buynuzlu heyvan ətinə, xüsusilə mal və qoyun ətinə olan tələbatı azaldıb. İnsanlar daha təhlükəsiz hesab etdikləri quş ətlərinə – toyuq, qaz və ördək ətinə yönəlir, eyni zamanda əhalinin təminatlı hissəsi balıq ətinə üstünlük verir. Maraqlıdır, ev quşlarına olan tələbatın artması yaxın aylarda qiymətləri daha da qaldıra bilərmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, quş və balıq ətinə olan kəskin tələbat bir neçə nəticəyə səbəb olur.

“Həyətlərdə bəslənən ev quşlarına marağın artması yem bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Mövsümi faktorlar da xərclərin artmasına səbəb olaraq satış qiymətlərinə təsir edir”.

Ekspertin sözlərinə görə, tələbin indiki templə davam etməsi halında yaxın 2-3 ay ərzində quş ətində 15-25 faiz qiymət artımı gözlənilir.

“Xüsusilə, qaz və ördək ətinin bahalaşması daha kəskin ola bilər, çünki bu növlərin yetişmə müddəti uzun və təklif məhduddur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru