Acı bağırsaq kimi uanan sənədsiz ev problemi:

12-11-2025, 09:48           
Acı bağırsaq kimi uanan sənədsiz ev problemi:
Bakıda sənədsiz evlərlə bağlı problem hələ də həllini gözləyir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir, amma problem hələ də həllini tapmır.

Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, bu məsələ kifayət qədər çətin və dolaşıq prosesdir.

Onun sözlərinə görə, bu il dövlət başçısının imzaladığı fərmanla 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaranıb. Belə ki, əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə status verilib. Bu da vətəndaşlara əmlaklarını rəsmiləşdirməyə imkanı yaradıb.

Ekspert deyir ki, heç bir sənədi olmayan evlərin isə dövlət qeydiyyatına alınması qanunvericiliklə mümkün deyil. Hazırda bu istiqamətdə dövlət qurumları tərəfindən işlər aparılır və bu heç də qısa sürən proses olmayacaq.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara əsasən, ölkədə qanunsuz tikililərin sayı 600 mindən çoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru