Sakinlər öz evlərinə hasarı aşaraq girməli olurlar - VİDEO

13-11-2025, 10:24           
Sakinlər öz evlərinə hasarı aşaraq girməli olurlar - VİDEO
Lənkəran rayonunun Osakücə kənd sakini Hüseynəli Rzayev Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirir ki, 7 ildir problemlə üz-üzə qalıb.

O iddia edir ki, pay torpağı kimi istifadə etdiyi həyətyanı sahəsini kənd sakini Natiq Sadıqov hasarlayaraq bağlayıb. Odur ki ailə üzvləri evinə gedib-gəlmək üçün ya 400-500 metr yol qət etməli, ya da hasarı aşmalıdırlar.

Baku TV yolu bağlamaqda adı hallanan Natiq Sadıqovla əlaqə saxlamağa çalışsa da, o, müsahibə verməyib. Lakin bildirib ki, elektron xəritənin cavabını gözləyir. Əgər sözügedən ərazinin xəritədə yol olduğu təsdiqini taparsa, hasarı sökəcək.

Osakücə kənd bələdiyyəsinin sədri Həkər Cavadov da bu barədə geniş danışmaq istəməyib. O, şifahi olaraq bildirib ki, sözügedən məsələ ilə əlaqədar həmin əraziyə dəfələrlə baxış keçirilib, hər iki tərəfin fikirləri dinlənilib.

Bələdiyyə sədri qeyd edib ki, məsələ elektron xəritə dəqiqləşdirildikdən sonra həllini tapacaq.

Daha ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru