Ucarın icra başçısının camış ferması üzə çıxdı — FOTO+VİDEO
14-11-2025, 08:34

Mənsur Məmmədovun camış fermasından xüsusi REPORTAJ...
Mediada Ramiz Mehdiyevin qruplaşmasında yer alan şəxslərin siyahısında hazırda vəzifədə olan icra başçılarının da adı tez-tez hallanır.Yerli mətbuatın həmin siyahıda adını çəkdiyi icra başçılarından biri də Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovdur.
Bəs Mənsur Məmmədov bu komandaya necə üzv olub?

Oxu24.com icra başçısı ilə bağlı mühüm məlumatlar əldə edib.Sayta açıqlama verən mənbənin bildirdiyinə görə,Mənsur Məmmədov bu qrupa keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə qoşulub.Ziya Məmmədovun əslən Ucar rayonunun Qazıqumlaq kəndindən olması məlumdur.Məhz, Ziya Məmmədov öz adımını Ucar rayonuna başçı gətirilməsinə dəstək olmaqla regionda mövqeyinin möhkəmlənməsini bir qədər də gücləndirib.Onu da qeyd edək ki,Mənsur Məmmədov və Ziya Məmmədov hər ikisi eyni kənddən-Qazıqumlaqdandırlar.
Mənsur Məmmədov 2015-ci ilin yanvarın 27-dən Ucarın başçısıdır. O,bundan öncə Göyçayın icra başçısı vəzifəsində (Red- 2007-2015-ci illərdə)işləyib.
Mənsur Məmmədovun uzun müddətdir başçısı olduğu Ucar bu gün regionun bəlkə də ən kasıb və sosial cəhətdən ən zəif bir rayonuna çevrilib.Halbu ki,bunun əksi də ola bilərdi.Çünki rayonun yerləşdiyi əlverişli coğrafi mövqe və iqlimi burada kənd təsərrüfatı qurmağa imkan verir.Əslində rayonda kənd təsərrüfatı sistemi qurulub.Amma, başçının öz adına...

